Yaşlananda güclü olmaq üçün zülal qəbul etmək lazımdır

  • 2018.03.07 18:04
  • 14933 Baxış
Yaşlananda güclü olmaq üçün  zülal qəbul etmək lazımdır
Makqill Universitetinin araşdırmaçıları 67-83 yaş arası 827 kişi və 914 qadının tibbi məlumatlarını analiz edərək, onların yeriş sürətini, yük qaldırma gücünü, ayaq və əllərindəki qüvvəti müqayisə etmişlər.


Sonra həmin insanlardan nə yedikləri, nə qədər zülal tərkibli qidalar qəbul etdikləri dəqiqləşdirilmişdir. 

Bu iştirakçılar 3 il ərzində müşahidə edilir. Çoxunun əzələ, ayaq-qol gücü kifayət qədər azalmışdı. Onların qida menyusuna fikir verdikdə aşkar oldu ki, normada zülal qəbulu hər iki cinsin əzələ gücünə təsir edir. 


Yaşlandıqca dağılmağa məruz qalan zülal ehtiyatını qəbul olunan qida ilə az da olsa saxlamaq olar. Bunun üçün hər dəfə yemək zamanı bir yumurta və ya bir qaşıq araxis yağı qəbul etmək lazımdır