Yaşlı insanlar bu qidalardan imtina etsə yaxşıdır - Həkimdən qadağa SİYAHISI

  • 2022.04.16 14:40
  • 3818 Baxış
Yaşlı  insanlar bu qidalardan imtina etsə yaxşıdır  - Həkimdən qadağa SİYAHISI


Təqaüdçülərin rasionu insanın orta yaşda qidalandığı rasiondan fərqlənməlidir. Yaşlı insan hər qidanı yeməməlidir.


Bakupost.az xəbər verir ki, bunu həkim dietoloq nutrisioloq Nataliya Kruqlova bildirib.

O yaşlı insanların sağlamlıqları naminə imtina etməli olduğu qidaları açıqlayıb.

"Rasion seçərkən, yaşlı insanların həzm sistemi, öd və qaraciyərinin vəziyyəti nəzərə alınmalıdır.

Onlarda artıq xroniki xəstəliklər olur, mədəaltı vəz ferment hasili pozulur.

Bu adamlar əti tikə yox, çəkilmiş formada yeməlidir. Kabab, qızartma yeməklər onlar üçün uyğun deyil. Bütün ət növlərini yaxşı çeynəmələri üçün kotlet və küftə kimi bişirib yeməlidirlər.

Yaşlılarda çeynəmə keyfiyyəti düşür, ağızda su azalır, yemək yaxşı çeynənilmədikdə həzm prosesi pis gedir, bu zaman ürəyə yük düşür.
Təqaüdçülərin əzələ, sümük kütləsi azalır, ona görə zülal, kalsium tərkibli qidalar üstünlük təşkil etməlidir.

Onlara şirin qidalar, şirniyyatlar, un məmulatları, yağlı ət, souslar, acı, istiot, duz az verilməlidir.

Gündə 4 qramdan artıq duz qəbul etmək olmaz.


Onların immun sisteminin zəifləməməsi üçün təbii süd və pasterizə olunmamış süd içmələri məsləhət deyil.

Bu adamlara çiy qida məhsullarından mikrob, bakteriya keçərsə, sonluq faciəvi ola bilər. Çünki infeksion xəstəliklərlə mübarizə üçün orqanizmin resursu azdır".


Aygün Musayeva
BakuPost