Endometrium uşaqlığın daxili qatıdır. Hər ay hormonların təsiri ilə qalınlaşır və menstruasiya zamanı tökülür. Menopauzadan sonra isə bu qat normalda çox incə qalmalıdır.
Medicina.az xəbər verir ki, endometriumun normadan artıq qalınlaşmasına hiperplaziya deyilir. Bu vəziyyət xüsusilə menopauzadan sonra baş verirsə, diqqətlə araşdırılmalıdır.
Ən çox kimlərdə olur?
50 yaşdan yuxarı qadınlar
Menopauzaya girmiş qadınlar
Şəkər xəstələri
Artıq çəkili şəxslər
Hormonal balansı pozulan qadınlar
Əsas səbəblər
Estrogen hormonunun çoxluğu
Progesteron çatışmazlığı
Yumurtalıq fəaliyyətinin dayanması
Qaraciyər piylənməsi
Şəkər xəstəliyi
Əlamətlər
Menopauzadan sonra qanama
Ləkələnmə
Fiziki yükdən sonra qan gəlməsi
Qasıq nahiyəsində ağırlıq
Qeyd: Bəzən heç bir əlamət olmadan da aşkarlana bilər.
Neçə mm təhlükəlidir?
Menopauzada norma: 4–5 mm həddindədir
8 mm və yuxarı: diqqət tələb edir
10 mm və yuxarı: riskli sayılır
Sadə hiperplaziya → təhlükəsiz ola bilər
Atipik hiperplaziya → xərçəngə çevrilə bilər
Ona görə vaxtında diaqnoz çox vacibdir.
Diaqnoz necə qoyulur?
USM (ultrasəs)
Endometrium ölçülməsi
Biopsiya (ən dəqiq üsul)
Müalicə yolları
Hormonal müalicə
Qanaxma nəzarəti
Bəzi hallarda əməliyyat
Menopauzadan sonra 1 damla belə qan normal sayılmır və mütləq həkimə müraciət olunmalıdır.
Aygün Musayeva