Yaşlılar üçün demensiyadan qoruyan hobbilər

  • 2023.04.28 14:59
  • 1636 Baxış
Yaşlılar üçün demensiyadan qoruyan    hobbilər
Bioloqlar müəyyən ediblər ki, musiqi dərsləri və musiqi ilə məşğul olmaq yaşlılarda yaddaşı yaxşılaşdırır.


“Medicina” məlumatına görə, Cenevrə Universitetinin (UNIGE) alimləri müəyyən ediblər ki, musiqi alətlərində ifa etmək və musiqi dinləmək hətta gəncliyində musiqi ilə məşğul olmayan yaşlı insanlarda yaddaş itkisini ləngidə bilər.

Araşdırmada əvvəllər heç vaxt musiqi ifa etməmiş 62-78 yaş arası 132 təqaüdçü iştirak edib.

Altı ay ərzində onların yarısı fortepiano dərslərinə qatılıb, digər yarısı isə aktiv musiqi dinləməklə məşğul olub: onlara alətləri tanımaq və müxtəlif musiqi melodiyalarını təhlil etmək öyrədilib. Dərslər həftədə bir neçə dəfə 1 saat davam edib.

Altı ay sonra alimlər iştirakçıların beyinlərində struktur dəyişikliklərini qiymətləndirib.

Onlar beynin dörd bölgəsində boz maddənin sahəsinin genişlənməsini aşkar ediblər. İştirakçıların beyin performansı daha 6% artıb.

“Bütün iştirakçılarda beyin atrofiyasının qlobal mənzərəsi var idi. Ona görə də musiqi müdaxilələrinin beyni cavanlaşdırdığı qənaətinə gələ bilmərik. Onlar yalnız beynin müəyyən nahiyələrində qocalmanın qarşısını ala bilir,
amma beyin yaşla bağlı atrofiyaya getfdikcə uğrayır” - alimlər bildirib.

Günay Quliyeva