Yaxşı yatdığını düşünmək əhvalı qaldırır

  • 2023.08.08 12:15
  • 1142 Baxış
Yaxşı yatdığını düşünmək əhvalı qaldırır

Yeni araşdırmalar göstərir ki, insanların yuxuya münasibəti onların rifahı üçün vacibdir.

“Medicina” xəbər verir ki. Uorik Universiteti tərəfindən aparılan araşdırma, insanların yuxularına münasibətinin yuxu izləmə texnologiyasının yuxu keyfiyyəti haqqında söylədiklərindən daha çox rifahlarına təsir etdiyini göstərib.


İki həftəlik müddət ərzində 18-90 yaş arası 22-dən çox iştirakçıdan əvvəlki gecə necə yatdıqları, o cümlədən yatdıqları vaxt, yatmağa hazır olduqları vaxt, yuxuya getmələri üçün lazım olan vaxt, nə vaxt oyandıqları barədə gündəlik yuxu gündəliyi aparmaları tələb edildi.


Növbəti gün ərzində beş dəfə iştirakçılardan müsbət -mənfi duyğularını və həyatlarından nə qədər məmnun olduqlarını qiymətləndirmələri istənilib. İştirakçılara yuxu rejimini və istirahət dövrlərini qiymətləndirmək üçün tədqiqat boyunca bir insanın hərəkətlərini ölçən biləklərinə bir aktiqraf (yuxudakı hərəkətləri qeyd edən cihaz) da taxdılar.


"Məsələn, iştirakçılar həmişəkindən daha yaxşı yatdıqlarını bildirdikdə, daha çox müsbət emosiyalar yaşadılar və ertəsi gün həyatdan yüksək məmnunluq hissi keçirdilər. Bununla birlikdə, aktiqrafiya ilə əldə edilən məlumat yuxu keyfiyyəti göstəricisi və yuxu səmərəliliyini göstərirdi”.


Araşdırma nəticəsində məlum oldu ki, yuxunu müsbət qiymətləndirmək,ertəsi gün əhvalınızı yaxşılaşdırmağa kömək edə bilər.


İngilis həkim Dr.Lennace –nin sözlərinə görə hətta aktiqraf dünən gecə yaxşı yatmadığınızı söyləsə də, yuxu keyfiyyətiniz öz qavrayışınıza görə yaxşıdırsa,bu əhvalınıza müsbət təsir göstərə bilər. Yəni, yaxşı bir yuxu aldığınızı düşünürsünüzsə, ertəsi gün əhvalınız yaxşı olacaq, pis yatdığını düşünsəz, gün boyu neqativ əhvalda olacaqsız.

Xanım