Yay üçün ideal şampun SEÇİMİ

  • 2026.07.15 16:27
  • 245 Baxış
Yay üçün ideal şampun  SEÇİMİ

Günəş, dəniz suyu, xlorlu hovuz suyu və isti hava yay aylarında saçları quruda və zəiflədə bilər. Dermatoloqlar bildirirlər ki, bu dövrdə saç tipinə uyğun şampun seçmək vacibdir.

Medicina.az xəbər veir ki, mütəxəssislər yayda xüsusilə saçları örtən və qoruyan şampunlara üstünlük verilməli olduğunu bildirirlər.

Quru saçlar üçün keratin, bitki yağları, şi yağı və yağ turşuları olan məhsullar daha uyğun hesab edilir.

Yağlı saçlarda isə fərqli yanaşma tövsiyə olunur. Belə saçlarda artıq piy ifrazını azaltmaq üçün tərkibində gil olan şampunlardan istifadə etmək məsləhətdir. Yağ tərkibli məhsullardan isə uzaq durmaq lazımdır.

Dermatoloqlar həmçinin yayda saçları çox tez-tez yumağın düzgün olmadığını bildirirlər. Günəşdən qorunmaq üçün papaq, şlyapa və qoruyucu saç məhsullarından istifadə etmək saçların zədələnməsini azalda bilər.

Xanım,
Medicina.az