Səhərdən-axşama kimi qulaqcıqla gəzənlərə pis xəbər var.
“Medicina” xəbət verir ki, həkim Yelena Şurayeva yayda qulaqcıqların infeksiyalara səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, yayda, xüsusilə isti və rütubətli havada qulaqcıq taxmamaq daha yaxşıdır. Əgər onu taxmaq vacibdirsə, bir saatdan bir mütləq çıxarılmalıdır.
Həkimin sözlərinə görə, qulaqcıqlardan cəmi 30 dəqiqə istifadə etdikdən sonra qulaq kanalının temperaturu 2,4 dərəcə, rütubəti isə 35% yüksəlir.
Yayda bu, pseudomonas aeruginosa və staphylococcus aureusun (Stafilakokk) çoxalması üçün ideal şərait yaradır.
Bundan əlavə, sıx qulaq yastıcıqları əlavə olaraq epiteli zədələyir və ventilyasiyanı bloklayır.
Buna görə də, 60 dəqiqəlik məhdudiyyətin olmamasına baxmayaraq, hər 40-50 dəqiqədən bir qulaqdaxili qulaqcıqları 10 dəqiqəlik çıxartmaq daha yaxşıdır. Aktiv tərləmə halında isə 20-30 dəqiqədən sonra çıxarılmalıdır.
Fasilə zamanı qulaq seyvanı qurudulmalıdır. Qulaqlıqları heç kimlə paylaşmamalısınız; onları hər gün spirtlə, salfetlə silmək də vacibdir. İdman üçün açıq modelləri seçmək daha yaxşıdır.
Aygün Musayeva