Yeməkdən imtina edib, ancaq çay içən kişi necə dəyişdi – “Alnım böyüyüb, gözüm açılıb”

  • 2021.09.29 17:45
  • 2551 Baxış
Yeməkdən imtina edib, ancaq çay içən kişi necə dəyişdi  – “Alnım böyüyüb, gözüm açılıb”


Moskvalı Konstantin Baxurin –çqun və çaylar üzrə mütəxəssisdir. O, 7 ildir ki. yeməklərdən imtina etməyə başlayıb, getdikcə bütün qidaları çıxarıb, ancaq meyvələri saxlayıb.
Son 6 aydır ki, o, yeməkdən imtina edib, yaşıl çay içir.

O, internet, televizora, güzgüyə baxmır, həftədə 4 gün gecə yatır, günlərlə qaranlığa çəkilir.

Medicina.az bu rejimdə kişinin orqanizmində baş verən dəyişiklikləri təqdim edir.

“15 yaşımdan atasız-anasız qalmışdım. Həmin ərəfədə dərin depressiyaya düşdüm.

Sonradan həyata bağlandım, bütün uşaqlar kimi oxudum, böyüdüm, ali çəktəbi bitirdim, işə girdim. Amma etdiyim bütün işlər mənə mənasız gəlirdi, telefon zənglərinə belə cavab vermək istəmirdim.

27 yaşımda qərara gəldim ki, adi sosial həyatdan imtina edim, öz yolumu tapım. Telefonumu söndürdüm, interneti kəsdim, sevgilimdən ayrıldım, meditasiyalara başladım.

Qida, yeməkdən imtina isə bir neçə mərhələdə keçib. Əvvəlcə adi qaydada ət belə yeyirdim, sonra ətdən imtina etdim, sonra yumurta, süddən. İkinci mərhələdə qızarma, bişmə yeməkləri dayandırdım, çiy qidalanmaya keçdim. İndi isə ancaq meyvələr yeyirəm.


Mənim artıq piyim, əzələm, çəkim yoxdur, ona görə bədəni normal saxlamaq və fəaliyyəti üçün enerji də az tələb olunur. Meyvələr yedikcə mənim bədənim təzə çaydan kimi təmizləndi, parladı. Bədən çox yüngüldür.


Çox zaman aclıq siqnalı gəlirdi, mən onu iradəmə tabe edirdim. Sonra çaylarla tanış oldum və yaşıl çaya keçdim. Məhz çaylar mənim ruhi inkişaf yolumda yaxşı köməkçim oldu.


Çaydan sonra toxumalarımın necə yumşaq, yüngül olduğunu hiss etdim. Öz daxili orqanlarımı hiss etdim. Qulağım, hissiyatım, gözüm itiləşdi. Sanki alnım, başım genişlənirdi, ayaqlarımdakı əyrilik, üzümdəki assimmetriya düzəldi.


Mən fikrən istədiyim ölkəyə səyahətə gedə bilərəm. Mənə internet, televizor lazım deyil. Mən öz kiçik mənzilimdə mağarada yaşayan yoq kimiyəm. Heç bir fərqi yoxdur. Mən qapını belə açıq qoyuram”