Yeni, daha güclü antibiotik kəşf olundu – Süni intellektin köməyilə

  • 2020.02.27 19:14
  • 2243 Baxış
Yeni, daha güclü antibiotik kəşf olundu –  Süni intellektin köməyilə


Alimlər süni intelektin köməyi ilə yeni, super antibiotik aşkarlayıblar, hansı ki, bu vaxta kimi bütün dərmanlara dayanıqlı olan bakteriyaları məhv edə biləcək.


Medicina.az xəbər verir ki, ABŞ-ın Massaçuseti Texnoloji İnstitutunun alimləri süni intelekti, yəni robotu müxtəlif kimyəvi birləşmələrin strukturunu öyrənmək və onların arasında bakteriyaları öldürə bilənləri ayırd etmək üzrə məşq etdiriblər.
Tədqiqatın məqsədi antibiotikrezisdentliyin artdığı bir dövrdə supermikroblara qarşı güclü dərmanı tapmaqdır.

Süni intelekt 6000 müxtəlif kimyəvi birləşməni test edib və hələ ki, cəmi bir molekulu tapıb. Bu molekul əvvəlki dərmanların kimyəvi strukturundan fərqlənir.

Alimlər yeni molekulun adını Heliçin adlandırıblar. Bu ad molekulu kəşf edən superkomputer HAL 9000 şərəfinə seçilib.
Artıq yeni dərman bir çox bakteriya ştamları üzərində sınanıb.

Preparat Clostridium difficile, Acinetobacter baumannii и Mycobacterium tuberculosis kimi ağır bakteriyalara təsir edib.