Yeni il salatları neçə saat saxlanıla bilər?

  • 30 Dek 2021 16:28
  • 2213 Baxış
 Yeni il salatları neçə saat saxlanıla bilər?

Yeni il süfrəsinin əsas salatları olan Olivye, Şuba, paytaxt salatlatının bayramdan sonrakı günlərdə də yeyilməsi sirr deyil.

Medicina.az xəbər verir ki, dietoloqlar bu salatların hazırlandıqdan sonrakı 12 saat ərzində yeyilib bitməsinin vacibliyini açıqlayıblar.

Tərkibi qarışıq inqridiyentli və mayonezli salatlar bir sutka saxlanıla bilməz.

Çünki hər bir ərzağın özünün saxlanma və xarab olma müddəti var.

Bu yeməklərdə bakteriya və mikroorqanizmlər sürətlə çoxalır.
Xüsusən mayonezdə mikroblar daha çox olur.

Elə ki, salata mayonez qatıb duzladız, orda rütubət, nəmişlik olur, bu mühit isə bakteriyalar üçün əlverişlidir.

Hər keçən saat bakteriyaların xeyrinədir.
Soyuducuda saxlanmayan salatın isə ömrü daha az olur.

Ona görə bütün mayonezli bayram salatları hazırlandıqdan sonrakı 4-5 saatda yeyilməlidir. Maksimum saxlanma müddəti 12 saatdır, yalnız soyuducuda.