Yeni koronavirus dərmanı təcili qeydə alındı

  • 2021.11.20 16:09
  • 2604 Baxış
Yeni koronavirus dərmanı təcili qeydə alındı

Avropa Dərman Agentliyi (EMA) COVID-19-un müalicəsi üçün daha bir dərman preparatını təsdiq edib.


Medicina.az xəbər verir ki, “Merck” şirkətinin koronavirus əleyhinə həbləri təcili istifadə üçün tövsiyə olunub.


Qərarda göstərilir ki, preparatdan əlavə oksigenə ehtiyacı olmayan gənc xəstələr istifadə edə bilər. Dərman vasitəsi gündə 2 həb olmaqla 5 gün qəbul edilməlidir.

Dərmanın apteklər vasitəsi ilə kütləvi satışına hələlik icazə verilmir.