Yeniyetmə qız dəm qazından boğuldu

  • 2020.02.26 10:41
  • 3089 Baxış
Yeniyetmə qız dəm qazından boğuldu
Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

O, təcili olaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.