Yeyilən qidalar spermaya təsir göstərir

  • 2018.03.29 11:15
  • 16847 Baxış
Yeyilən qidalar spermaya təsir göstərir

Hamiləlik üçün spermanın keyfiyyəti ən az qadın yumurtalığının sağlam olması qədər vacibdir.





Medicina.az hekimtap.az-a istinadən xəbər verir ki, türkiyəli süni mayalanma mütəxəssisi Seval Taşdemir, sperma sayısının son 50 ildə yarı-yarıya azaldığını bildirib. O, bunda qidalanmanın mühüm rol oynadığını söyləyib.




Bəs hansı qidalar sperma sayına təsir göstərir?




Spermanın keyfiyyətsizliyi uzunmüddət qadının hamilə qalmasına mane olur.




Qırmızı ət və tərəvəzlər bu hala müsbət təsir göstərir. Ancaq belə qidaların faydalı olması üçün mütəmadi olaraq istifadəsi şərtdir.




Bu barədə mütəxəssislər xəbərdarlıq edib:




Bananın içində mövcud olan bromelain  və omega 3 asidləri ilə zəngin olan balıq sperma keyfiyyətinə müsbət təsir göstərir.




Qırmızı tərəvəzlər, yumurta, göbələk, ispanaq, zəncəfil, meyvə quruları da sperma keyfiyyətini artırır.




Hazır qidalar (fast food ) isə spermanın ən böyük düşmənidir.




Düzgün qidalanmamaq isə mənfi göstəricilərdəndir.




Spirtli içkilərdən, siqaretdən istifadə də mənfi təsir edən vasitələrdir.