Orqanizmdə yod əskikliyi təkcə qalxanvari vəzin işini pozmur, digər xəstəliklərə də səbəb olur.
“Medicina” xəbər verir ki, diyetoloq Yelena Suxanova orqanizmdə adekvat yod səviyyəsinin saxlanmasının nə üçün vacib olduğunu izah edib.
“Yod bədənimiz üçün çox vacibdir. Bakteriya və viruslarla mübarizə aparmağa kömək edir. Yod çox güclü antiseptikdir.
Demək olar ki, hər bir zərərli mikroorqanizmi öldürür: göbələklərdən tutmuş viruslara qədər. Yadınızdadırsa, uşaqlıqda yodu sıyrılmış dizlərə sürtərək onları dezinfeksiya etməyə çalışırdıq?
"Yod qalxanabənzər vəzi stimullaşdıran hormon və tiroid hormonlarının mühüm struktur komponentidir. O, T3 və T4 sintezində, enerji mübadiləsinin və bədən istiliyinin tənzimlənməsində iştirak edir”.
Yod bədənin maddələr mübadiləsi sürətinə də təsir edir.
Element zülalların və yağların tənzimlənməsində iştirak edir, həmçinin su və elektrolit balansına təsir göstərir.
Bu, hamilə qadınlar üçün son dərəcə vacibdir, çünki yod çatışmazlığı gələcək uşağın sinir sisteminin və skeletinin inkişafına təsir göstərə bilər.
Bundan əlavə, yod güclü antioksidantdır. Onun təsirini C vitamini ilə müqayisə etmək olar.
Yodun tövsiyə olunan gündəlik dozası 100 mkq-dır. Yodlaşdırılmış duz və ya dəniz duzu əlavə təbii yodun mənbəyi kimi istifadə edilə bilər.
Aygün Musayeva