"Yoluxma azalanda arxayınlaşırlar, maska taxmaq istəmirlər"

  • 05 Noy 2021 13:38
  • 336 Baxış
"Yoluxma azalanda arxayınlaşırlar, maska taxmaq istəmirlər"
“Başa düşməliyik, koronavirus mutasiyaya uğrayır, müxtəlif ştammları aşkarlanır”.

Medicina.az -ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.



O qeyd edib ki, bu, daimi prosesdir, qorxmaq lazım deyil: “Sadəcə hazırlıqlı olmalı və anlamalıyıq ki, xəstəlik hələ bitməyib. Arxayınlaşmaq lazım deyil. Sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik. Eyni zamanda vaksinasiya öz yerində, infeksiyanın lokallaşdırılması, bütün epidemioloji təbirlərin aparılması da məcburidir. Xəstə sayı azalanda insanlar arxayınlaşır, adi maska rejiminə riayət etmək istəmirlər, bu isə yenidən xəstə sayında artıma səbəb olur”.