Yoluxma sayına görə hansı ölkə liderdir? - STATİSTİKA

  • 05 Okt 2021 12:35
  • 281 Baxış
Yoluxma sayına görə hansı ölkə liderdir? -  STATİSTİKA

Dünyada 236 172 164 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, virusdan 4 822 816 xəstə ölüb, 213 239 318 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (44 679 603 nəfər), Hindistan (33 853 048 nəfər), Braziliya (21 478 546 nəfər), Böyük Britaniya (7 934 936 nəfər) və Rusiyadır (7 612 317 nəfər).

Türkiyədə 7 267 077, İranda 5 638 735, Gürcüstanda 618 620, Ermənistanda isə 265 317 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (210 801 nəfər), İran (121 347 nəfər) və Türkiyədə (64 909 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 486 378 nəfərin 6 584-ü ölüb, 465 446 xəstə sağalıb.