Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır - Kardioloq

  • 04 Okt 2021 17:04
  • 1568 Baxış
Yüksək təzyiq xəstəliyinə  səbəb olan qidalar bunlardır -  Kardioloq
Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etməklə hipertoniya – yüksək təzyiq xəstəliyi qazanmaq olur.

Medicina.az xəbər verir ki, rusiyalı həkim kardioloq uzun müddət veteranlar və təqaüdçülər üzərində apardığı müşahidələrə əsasən təzyiq xəstələrinin illərlə nə yediyini araşdırıb.

Həkim bildirib ki, qidasında ucuz sosis, kolbasa, pelmeni, mantı, xəmir yeməkləri, perojki, duzlu qidalar, yarımfabrikatlar, bulka, şirniyyat olan insanlar təzyiq və diabet xəstəliyi qazanır. Onların qarın, bel hissəsində daxili piylənmə olur.

Balıq, dəniz məhsulları yeyənlər, gündəlik yarım pors ət və bir pay tərəvəzli qidalar yeyənlər daha gec təzyiqlə üzləşir.