Yunanıstanda epidemiya yayılır - 47 yeni yoluxma

  • 2026.08.19 11:01
  • 119 Baxış
Yunanıstanda epidemiya yayılır -  47 yeni yoluxma

Yunanıstanda bir həftə ərzində 47 yeni Qərbi Nil virusu aşkarlanıb.

Medicina.az xəbər verir ki, Yunanıstan Milli Xalq Sağlamlığı Agentliyinin (EODY) məlumatına görə, 12-19 avqust tarixləri arasında ölkədə 47 yeni Qərbi Nil virusuna yoluxma halı aşkarlanıb.

Beləliklə, ilin əvvəlindən aşkarlanan halların sayı 157-yə yüksəlib.

Bildirilib ki, ölkədə ilin əvvəlindən bu yana Qərbi Nil virusu səbəbindən həyatını itirənlərin sayı son bir həftədə 4 nəfər artaraq 13-ə çatıb.


Aygün
Medicina.az