Yaponiyada aparılan genişmiqyaslı araşdırma yuxu çatışmazlığının ürək-damar sağlamlığına mənfi təsir etdiyini göstərib.
Medcina.az xəbər verri ki, alimlər kifayət qədər yatmamaq qulaqcıq fibrilasiyası adlı ürək ritmi pozğunluğu riskini artırdığını müəyyən ediblər.
Bu vəziyyət isə insult ehtimalını yüksəldə bilər.
“Circulation Reports” jurnalında yayımlanan tədqiqatda 36 mindən çox insanın məlumatları araşdırılıb. Nəticələrə görə, əlavə hər yuxu dəqiqəsi ürək ritm pozğunluğu riskini azaldır.
Xüsusilə 50–59 yaş arası insanlar yuxu çatışmazlığının təsirinə daha həssas qrup kimi müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, bu yaşda stress və uzun iş saatları yuxunun azalmasına səbəb ola bilər.
Araşdırmaya əsasən, böyüklər üçün gecə 6 saatdan çox yatmaq ürək sağlamlığını qorumağa kömək edir. Həkimlər yuxu rejiminin düzgün qurulmasını sağlam qidalanma və fiziki aktivlik qədər vacib profilaktik tədbir hesab edirlər.
Xanım,
Medicina.az