Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

  • 21 Okt 2021 09:58
  • 2027 Baxış
Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi
Zaqatalada daha bir adam göbələkdən zəhərlənib.

Medicina.az Unikal.org-a istinadən xəbər verir ki, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

İ.Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, 2 gün ğncə Qax rayonunda da bir ailə göbələkdən zəhərlənib, nəticədə 2 nəfər ölüb.