Zədələnmiş qığırdaqlar üçün 8 qida - Artritin müalicəsi

  • 2022.10.28 19:23
  • 1932 Baxış
Zədələnmiş qığırdaqlar üçün 8 qida   -  Artritin müalicəsi

Həkimlər sulforafan adlı fitokimyəvi maddənin artrit simptomlarını azaltdığını deyir.

"Medicina" xəbər verir ki, dietoloq Vasilisa Ponomareva artritə qarşı sulforafan tərkibli qidaları açıqlayıb.

Artrit oynaqların iltihabı, qığırdaqların dağılması ilə gedən üzücü bir prosesdir.

Dərmanlarla yanaşı, ağrını azaldan dieta mütləqdir.
"Sulforafan kələmkimilərdə - baş kələm, gül kələm, brokkolidə çoxdur.

O, sərbəst radikalları zərərsizləşdirir, iltihabı azaldır.

Siçanlar üzərində laboratoriya araşdırmaları sübut edib ki, bu maddə qığırdaq yeyilməsinin inkişafını ləngidir, artrit iltihabını azaldır, eləcə də xərçəngin qarşısını alır.

Sulforafanla bütün növ kələmlər, brüssel, Çin kələmi, kress zəngindir.

Onlardan hər həftə yeyin. Daha yaxşı olar, çiy halda salatlarını hazırlayasız".

Aygün Musayeva