Zəif qan dövranı olanlar nə etməlidir?

  • 2022.08.17 15:23
  • 721 Baxış
Zəif qan dövranı olanlar nə etməlidir?

Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.


Medicina.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.


Uzman həkim qan dövranının yaxşı olması üçün nə etməli olduğumuzu bildirib:

- Aktiv olmaq lazımdır. Hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də buna daxildir;

- Siqaretə, artıq çəkiyə və stressə yox demək;

- Hərəkətsiz və oksigensiz qalmamaq;

- Sağlam qidalanmaq və yanlış olan yemək vərdişini dəyişmək.

Onun sözlərinə görə, qapalı məkanlar, daimi oturaqlı iş, yəni oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır.

"Rasionunuzda bütün taxıllar, vital yağ turşuları-somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri, pomidor, qara kələm, brokoli, ispanaq, yumurta, adaçayı kimi qidalar yer alsın", - deyə Cabir Gülmalıyev əlavə edib.