Zəlzələdə arvadı itkin düşən belaruslu kişinin ürəyi partladı

  • 2023.02.08 16:52
  • 8218 Baxış
Zəlzələdə arvadı itkin düşən belaruslu kişinin  ürəyi partladı

Türkiyədə baş vermiş zəlzələdə körpə oğlu ilə birgə itkin hesab edilən Belarus vətəndaşı qadının həyat yoldaşı bu gün vəfat edib.

Bakupost.az xəbər verir ki, Hatayda olan ailə barədə 1 sutkadır ki, məlumat yox idi.

Daha sonra qadının əri xəstəxanaya ayaq sınığı ilə daxil edilib.

O, arvadı və körpə oğlunun hələ də tapılmadığını öyrənincə vəziyyəti pisləşib və ürək dayanmasından vəfat edib.
Aleksandranın isə sonradan başqa xəstəxanada komada olduğu məlum olub.

Onların 2 yaşlı oğlundan xəbər yoxdur.

Aygün Musayeva