Zeytun yarpağı ilə bu problemdən 5 gündə qurtulun! - RESEPT

  • 2019.11.20 11:04
  • 48168 Baxış
Zeytun yarpağı ilə bu problemdən 5 gündə qurtulun! -  RESEPT
Çoxumuz gündəlik həyatımızda şirniyyat məhsulları yeməkdən yan keçə bilmirik. Doğrudur bu insanın şəkərə olan tələbatını ödəsə də, zərərli tərəfləri çoxdur. Xüsusilə pəhriz saxlmaq istəyənlər şirni istəyindən imtina edə bilməməkdən şikayətlənir. Bəs bu böhrandan qurtulmaq üçün nə etməliyik?


Medicina.az xəbər verir ki, türkiyəli Dr.Fevzi Özgönül şirniyya tələbatınızı kökündən həll edəcək bir resept verərək 5-6 gündə bu istəyinizin azalacağını söyləyib.


Bədənimiz enerji olaraq qandakı şəkəri istifadə edir. Qan şəkəri isə təkcə sadə karbohidratlar kimi bildiyimiz unlu şirniyyatlar və ya qənd, şokolad, meyvə və s. qidalarda olmur. Demək olar ki, bütün qidaların içərisində şəkər var. İnsanın həzm sistemi yeri gəldikdə qidaların içərisindəki yağları da şəkərə çevirə bilir. 


Yediyimiz şirniyyat məhsulları toxluq qan şəkərində də yüksəlməyə səbəb ola bilir. Lakin qeyd etmək lazımdır ki, hətta ac qaldığımızda belə bədənimizdəki bir qisim yağlar enerjiyə çevrilir. Lakin bu zaman bədənimiz ilk olaraq üzümüz və cildimizin altındakı yağları çevirməyə başlayır. Ona görə də ac qalaraq etdiyimiz pəhrizlər zamanıüzümüz çökür, lakin getməyini istədiyimiz göbək, bel nahiyələrindəki yağlar isə qalır.


Zeytun yarpağı da çay kimi istehlak edilə bilər, ancaq çay kimi aldığınız qurudulmuş zeytun yarpağını üyütmək tövsiyə olunur. Zeytun yarpağı bakteriya və göbələklərə qarşı bir çox faydalı təsir göstərir. Bu təsiri ilə bağırsaqdakı zərərli bakteriyaları məhv edir və ev yoğurtu, pendir, turşu və sirkə kimi qidalarda olan təbii probiotiklərin bağırsaqda yerləşməsinə imkan verir.


Hazırlanması 


-yarım çay qaşığı üyüdülmüş zeytun yarpağı 

-1 kasa qatıq

-1 çubuq darçın

-1 ovuc içi qədər qoz, fındıq və ya badam ləpəsi


Sadalanan ərzaqları qarışdırıb yeyin. Çalışmaq lazımdır bu müddətdə axşam yeməyi zaanı yalnız şorba içilsin.  Bu qarışımı 5-6 gün yedikdən sonra aclıq hissinizin azalacağını və şirniyyat tələbatınızın olmamasını müşahidə edəcəksiniz. 
Zeytun yarpağı ilə bu problemdən 5 gündə qurtulun! -  RESEPT
Zeytun yarpağı ilə bu problemdən 5 gündə qurtulun! -  RESEPT
Zeytun yarpağı ilə bu problemdən 5 gündə qurtulun! -  RESEPT