Zob xəstəliyində radioaktiv yod həmişə vacibdirmi? – Mütəxəssislər fərqli yanaşmaları izah edir

  • 2026.04.10 15:12
  • 116 Baxış
Zob xəstəliyində radioaktiv yod həmişə vacibdirmi? –  Mütəxəssislər fərqli yanaşmaları izah edir

Tiroid vəzinin xəstəlikləri zamanı ən çox tətbiq olunan müalicə üsullarından biri radioaktiv yod terapiyasıdır.

Medicina.az xəbər verir ki, lakin son illərdə bəzi mütəxəssislər bu metodun hər bir pasiyent üçün mütləq olmadığını bildirirlər.

Qreyvs xəstəliyi və digər hipertiroidizm hallarında əsas məqsəd hormon səviyyəsinin normallaşdırılmasıdır. Ənənəvi tibbdə bu məqsədlə dərmanlar və radioaktiv yod istifadə edilir.
Bununla yanaşı, İnteqrativ Tibb yanaşmasında xəstəliyin yalnız nəticələri deyil, səbəbləri də araşdırılır.



Bu yanaşmaya görə:
• immun sistemin disbalansı
• stres faktorları
• metabolik pozğunluqlar
xəstəliyin inkişafında rol oynaya bilər.



Bəzi klinik müşahidələr göstərir ki, kompleks yanaşma tətbiq olunan hallarda radioaktiv yoddan yayınmaq mümkün ola bilər. Lakin mütəxəssislər qeyd edirlər ki, bu qərar yalnız fərdi qiymətləndirmədən sonra verilməlidir.