1 ay komada qalan xəstə həyata qaytarıldı - FOTO

  • 2024.03.12 10:30
  • 686 Baxış
1 ay komada qalan xəstə  həyata qaytarıldı - FOTO
KTM-də daha bir xəstə uzun müddət komada qaldıqdan sonra həyata qaytarılıb.

Medicina.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 30 yaşlı vətəndaş 31.01.2024-cü il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə daxil olub.

Qəbul edilərkən ağır və dərin koma vəziyyətində olan xəstə dərhal süni tənəffüs aparatına qoşulub. Kompüter Tomoqrafiyadan (KT) sonra xəstəyə beyinin sol tərəfində beyindaxili qanama, intraserebral hemotoma, kəskin subdural hematoma diaqnozu qoyulub. Xəstə təcili əməliyyata alınıb.

Xəstə üzərində soltərəfli dekompressiv hemikraniektomiya əməliyyatını KTM-in uzman neyrocərrahı Nicat Bayramlı icra edib.

Reanimasiyadan palataya köçürülən xəstənin vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə buraxılması planlaşdırılır.