Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

2 məhsuldan imtina etdi – 50 kiloqram arıqladı

  • 2025.07.09 10:20
  • 340 Baxış
2 məhsuldan imtina etdi  – 50 kiloqram arıqladı



Böyük Britaniyada yaşayan Kira Dauson artıq çəkidən qurtulmağın yolunu tapıb. 110 kiloqram çəkidə olan qadın 50 kiloqram arıqlamağa necə nail olduğunu bölüşüb.


“Medicina” xəbər verir ki, Dauson illərlə yeməkləri pivə və ya şərabla birlikdə qəbul etdiyini etiraf edib. Onun sözlərinə görə, bu vərdiş sağlamlığına ciddi ziyan vurub.

“Alkoqoldan imtina dönüş nöqtəsi oldu. Ondan sonra yağlı yeməklərə ehtiyacım azaldı. Aclıq hissim və güclü iştaham da zamanla yoxa çıxdı”, – deyə o bildirib.

Kira Dausonun dediyinə görə, yalnız spirtli içkidən imtina etməklə 6 ayda 30 kiloqram çəki atıb. Daha sonra o, qidalanma rejimini dəyişərək zərərli yağları zülallarla zəngin qidalarla əvəzləyib.

“Naharda hər zaman salat yeyirdim. Axşam yeməyində isə toyuq və ya balıq kimi zülallı yeməkləri düyü və tərəvəzlə birləşdirirdim. Bundan əlavə, açıq havada hər gün 10 min addım atmağa başladım. Bu rejim mənə ümumilikdə 50 kiloqramdan çox çəki atmağa kömək etdi”, – deyə o, qeyd edib.



Aygün Musayeva