Ağciyərlərində 90 faiz tutulma olsa da xəstəliyin fərqində olmayanlar var - Həkim

  • 2021.11.20 11:26
  • 2153 Baxış
Ağciyərlərində 90 faiz tutulma olsa da xəstəliyin fərqində olmayanlar var -  Həkim
"Bu dövrdə insanların daha çox antibakterial, antidepresantlar istifadə etdiyini görürük".

Medicina.az -ın məlumatına görə, bunu həkim-infeksionist Vasif Əliyev "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.


O bildirib ki, panikaya düşən şəxslər xəstəliyi ağır keçirir: "Müşahidələrim nəticəsində də görmüşəm ki, xəstəliklə bağlı panikaya düşənlər xəstəliyi daha ağır keçirirlər. Amma elə xəstələr var ki, ağciyərlərində 80-90 faiz tutulma olduğu halda belə koronavirus keçirdiyinin fərqində olmayıb".