Aktyora bacısından qaraciyər köçürüldü

  • 04 Avq 2022 13:36
  • 4886 Baxış
Aktyora bacısından qaraciyər köçürüldü
Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.


Bu barədə Kult.az-a aktyorun həyat yoldaşı məlumat verib.


O bildirib ki, əməliyyat uğurla başa çatıb:


“Hazırda Elvin oyanıb və vəziyyəti stabildir. Donor da yaxşıdır. Əməliyyat 6 saatdan çox davam etdi. Hər şey qaydasında olarsa, həkimlər 12-15 günə evə buraxılacağını bildirdilər”.


Qeyd edək ki, uzun müddət qaraciyər serrozundan əziyyət çəkən aktyorun donoru bacısı olub.