Apteklərdə termometr YOXA ÇIXIB - SƏBƏB

  • 2021.11.15 11:51
  • 1394 Baxış
Apteklərdə termometr YOXA ÇIXIB -  SƏBƏB
Ölkəmizdə fəaliyyət göstərən çox sayda aptekdə civəli termometr tapmaq mümkün deyil.

Medicina.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq bir neçə aptekdən bildiriblər ki, termometrlər ümumiyyətlə gəlmir, gələndə də məhdud sayda gəlir. Əczaçılar deyir ki, bunun səbəbini özləri də bilmirlər.

Məsələ ilə bağlı Trend-ə Səhiyyə Nazirliyindən bildirdilər ki, apteklərin çoxu özəl müəssisələrdir.

Belə ki, apteklərin təminatına Səhiyyə Nazirliyi baxmır.