Hiperseksuallığın- aşırı cinsi həvəs, tələbin fiziki, bioloji səbəbi tapıldı.
Bunun səbəbi "sevgi hormonu" oksitosinin normadan artıq hasilidir.
“Medicina” xəbər verir ki, Karolinsa İnstitutu və Umea (İsveç) universitetlərindən bir qrup alim tərəfindən aparılan tədqiqatın nəticələri elan olunub.
Hiperseksual pozğunluq cinsi əlaqə haqqında obssesif düşüncələr, cinsi əlaqəyə aludəçilik, cinsi risk istəyi və s. ilə xarakterizə olunur.
Bu pozğunluğun diaqnozunu tapmaq çətindir, çünki tez-tez digər psixi xəstəliklərlə müşayiət olunur. Hiperseksuallığın neyrobioloji əsasları hələ də yaxşı başa düşülməmişdir.
Tədqiqatçılar gələcəkdə hiperseksuallığın daha dəqiq diaqnozuna imkan verəcək molekulyar səviyyədə hər hansı fərqli xüsusiyyətlərin olub olmadığını anlamağa çalışıb.
Bunun üçün alimlər hiperseksual pozğunluğu olan 60 xəstədən və bu xəstəlikdən əziyyət çəkməyən 33 nəfərdən qan nümunələri götürüb və müxtəlif genlərin aktivlik səviyyələrini müqayisə ediblər.
Nəticədə müəyyən edilmişdir ki, hiperseksuallıq normal olaraq beyində "sevgi hormonu" oksitosinin istehsalını idarə edən genlərin fəaliyyətinin azalması ilə əlaqələndirilir və bu pozulma potensial olaraq bu maddənin həddindən artıq istehsalına səbəb ola bilər.
Məlumdur ki, oksitosin hormonu həm kişilərdə, həm də qadınlarda sosial və cinsi davranışın tənzimlənməsində, həm tərəfdaşa, həm də nəslə bağlılığın formalaşmasında mərkəzi rol oynayır.
Alimlər vurğulayırlar ki, xəstəliyin bioloji əsaslarını və hiperseksual pozğunluğun inkişafında oksitosinin rolunu aydınlaşdırmaq üçün əlavə tədqiqatlar aparılmalıdır.
Bununla belə, artıq ehtimal etmək olar ki, hiperseksuallıqdan əziyyət çəkən insanlar oksitosinin aktivliyini azaldan dərmanlardan, eləcə də psixoterapiyadan faydalana bilər.
Aygün Musayeva