Antidepresantlardan istifadəni dayandıranları gözləyən TƏHLÜKƏ: Hər altı nəfərdən biri...

  • 2024.06.06 23:10
  • 1009 Baxış
Antidepresantlardan istifadəni dayandıranları gözləyən TƏHLÜKƏ:  Hər altı nəfərdən biri...
Yeni bir araşdırma antidepresantlardan istifadəni dayandıran hər altı nəfərdən birinin baş ağrısı və ürəkbulanma kimi simptomlar yaşadığını göstərib.

Medicina.az xəbər verir ki, bu, əvvəlki tədqiqatlarda tapılan nisbətdən çox aşağıdır.

“BBC” yazır ki, Almaniyanın Köln Universitetinin alimləri iştirakçıların antidepresantlar və ya “plasebo” ilə müalicə edildiyi əvvəlki 79 araşdırmanı təhlil edib və onları qəbul etməyi dayandırdıqdan sonrakı dövrdə olan 20 mindən çox insanın tibbi məlumatlarını araşdırıb.

Tədqiqatçılar antidepresantlardan istifadəni dayandıran hər altı nəfərdən birinin baş ağrısı, başgicəllənmə, ürəkbulanma və yuxusuzluq kimi simptomlar yaşadığını aşkar ediblər.

Alimlər hər 35 nəfərdən birinin (təxminən 3 faiz) antidepresant müalicəsindən sonra "ciddi" simptomlarla qarşılaşa biləcəyinə də diqqət çəkiblər.

Bu simptomların imipramin, paroxetin, venlafaxin kimi aktiv maddələri olan və elə də geniş istifadə edilməyən antidepresantlarda müşahidə edildiyi bildirilib.

Əvvəlki araşdırmalar göstərmişdi ki, antidepresantların dayandırılması xəstələrin 56 faizinə təsir edir və onların demək olar ki, yarısı bu dövrü çox çətin keçirir.

Səhiyyə mütəxəssisləri bu cür dərmanların birdən-birə dayandırılmasını yox, tədricən azaldılmasını tövsiyə edirlər.

Qeyd edək ki, araşdırmanın nəticələri “Lancet Journal of Psychiatry” jurnalında dərc olunub.


Aysel