Avtomobil fənərləri ürək-damar xəstəliklərini tətikləyir - Araşdırma

  • 2024.04.23 17:47
  • 429 Baxış
Avtomobil fənərləri ürək-damar xəstəliklərini tətikləyir -  Araşdırma
Gecə maşın sürən hər kəs qarşıdan gələn avtomobilin fənərlərindən gələn güclü işığın yaratdığı qəfil korluğun dəhşətini bilir. Ancaq elmi araşdırmalar göstərir ki, bu işıqlardan narahat olan yeganə orqan gözlərimiz deyil.

Medicina.az xəbər verir ki, LED fənərlər xüsusilə orta yaşlı və ya yaşlı sürücülərdə ürək-damar xəstəliklərini tətikləyir.

2000 sürücü arasında aparılan sorğuda iştirak edənlərin 85 faizi fənərlərin parıltısının gündən-günə pisləşdiyini bildirib.

Rəsmi rəqəmlər göstərir ki, 2013-cü ildən bəri hər il Böyük Britaniya yollarında orta hesabla 280 toqquşmaya həddən artıq parlaq fənərlər səbəb olub.

Nəşr edilmiş bir araşdırmaya görə, LED işıqlar "kontrast parlaqlığı" kimi qavrayış fenomeni sayəsində beyni aldadaraq əslində olduğundan daha parlaq görüntülər görməyə təşviq edir. Tədqiqatçılar bunun beynimizin işıq mənbəyi ilə ətrafındakı işıq səviyyəsi arasındakı kontrast əsasında parlaqlığı qiymətləndirməsi ilə əlaqədar olduğunu söyləyir. Məsələn, məişət lampası gün ərzində çox parlaq görünmür, ancaq gecə otağı işıqlandırır.

İsveçdəki Karolinska İnstitutunun araşdırmasına görə, bu LED parıltısı ürək-damar sistemimizə zərər verə biləcək dərəcədə stress yaradır. Tədqiqatçılar aşkar ediblər ki, göz qamaşdıran faralar hətta gənc, sağlam insanlarda da qorxulu dəyişikliklərə səbəb ola bilir.

Beş qəfil güclü LED fənərin yanıb-sönməsinə məruz qalan 40 yaşdan aşağı 19 sürücü üzərində aparılan araşdırmada bir könüllüdə qan təzyiqində potensial təhlükəli artım müşahidə olundu, digərində isə müvəqqəti olaraq infarktlarla bağlı ürək döyüntüsü anormallığı olan mədəcik ekstrasistoliyası inkişaf etdi.

Yaşlı və daha az sağlam sürücülərdə vəziyyət daha da pis ola bilər. 40 yaşın ortalarında və yuxarı qan təzyiqi kimi ürək xəstəliyi əlamətləri olan sürücülər qəfil fara parıltısına daha həssasdırlar və çox güman ki, parlaq işıqlar ürək döyüntülərini artırdığı üçün ürək-damar reaksiyalarına məruz qalırlar.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq parlaq faralar miqrenə də səbəb ola bilər:

"LED fənərlər kontrast parlaqlığına görə vizual gərginliyə səbəb olur. Bu, işıqdan qaynaqlanan miqren ağrılarından əziyyət çəkən insanlarda hücumlara səbəb ola və avtomobili təhlükəsiz idarə etməyi çətinləşdirə bilər".


Aysel