Amerikalı həkimlər bir HİV xəstəsindən qazanılmış immun çatışmazlığı olan digər bir xəstəyə ağciyərləri uğurla köçürüblər.
Nyu-York Universiteti Tibb Məktəbinin (NYUSM) mətbuat xidmətinin məlumatına görə, bu, yaxın gələcəkdə bu kateqoriyalı xəstələr üçün donor ağciyərlərinin mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək.
Medicina.az xəbər verir ki, NYUSM-in dosenti Mark Sonnikin sözlərinə görə, əvvəllər bir HİV xəstəsindən digərinə ürək və qarın orqanları nəqli etmişik, lakin bu prosedur heç vaxt ağciyərlərlə aparılmayıb.
Buna görə də, əvvəllər heç kimin keçmədiyi bir prosedurdan keçmək qərarına gələn təcrübə iştirakçımızın cəsarətinə təşəkkür edirik.
Sonnik və digər alimlərin izah etdiyi kimi, mövcud hüquqi qaydalar səhiyyə işçiləri tərəfindən HİV-ə yoluxmuş xəstələr üzərində aparılan cərrahi prosedurları, xüsusən də müxtəlif transplantasiya prosedurları ilə bağlı əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Xüsusilə, ABŞ-da 2013-cü ilə qədər HİV-pozitiv donorlardan hər hansı bir orqan nəqli, hətta digər HİV-pozitiv şəxslərə köçürüldükdə belə, cinayət hesab olunurdu.
Yalnız bu yaxınlarda alimlər və səhiyyə işçiləri bu cür təcrübələr aparmağa və bir HİV-pozitiv xəstədən digər HİV-pozitiv şəxslərə təhlükəsiz orqan nəqli üçün protokollar hazırlamağa başladılar. Sonnik və həmkarları bu yaxınlarda 2000-ci ildə HİV-ə yoluxmuş və həmçinin ağciyərlərə təsir edən iltihabi xəstəlik olan sarkoidozdan əziyyət çəkən 56 yaşlı xəstəyə uğurlu ağciyər nəqlini həyata keçirdilər.
Əməliyyat uğurlu keçdi və nəticədə xəstə dörd ildən sonra ilk dəfə müstəqil şəkildə nəfəs aldı və hərəkət etdi. Sonnikin və digər alimlərin qeyd etdiyi kimi, bu uğur həyat keyfiyyətinin yaxşılaşdırılmasına və bir çox digər HİV-pozitiv insanların həyatını xilas etməyə yol açır.
Aygün Musayeva