Azərbaycanda qız uşaqlarının sayı kəskin azaldı - Statistika

  • 2024.05.30 15:53
  • 764 Baxış
Azərbaycanda qız uşaqlarının sayı kəskin azaldı  - Statistika


“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.


Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.


“Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.


Ekspert vurğulayıb ki, azalma özünü daha çox qız uşaqlarında göstərir:


“Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.