Başa bəla miqren – Daha bir səbəbi tapıldı

  • 2024.04.22 17:05
  • 391 Baxış
Başa bəla miqren   –  Daha bir səbəbi tapıldı

Avropa ölkələrində artıq 15% əhali miqrendən əziyyət çəkir. Və hələ də həkimlər miqrenin əsl səbəbini bilmir.


“Medicina” xəbər verir ki, sefalqoloq Yelena Vinoqradova miqrenin 3 əsas səbəbini açıqlayıb.


“Bu intensiv ağrılar başın bir tərəfində artan sürətlə başlayır, miqren adətən bir tərəfi sevir, amma dəyişkən də ola bilər.


Əgər hər dəfə tutma şəklində başın, boyunun bir tərəfi ağrıyırsa, bu miqren olmaya da bilər, özünüzə diaqnoz qoymayın. Başqa səbəbləri də araşdırın.
Miqrendə sanki gicgaha çəkiclə vururmuş kimi zoqquldayan ağrı olur.


Digər əlamətlər gözdə aura, sayrışma, ürəkbulanma, qusma ola bilir. Ağrı1-3 sutka çəkə bilər. Elə xəstə var, miqren onda çox kəskin olur, elə xəstə var yumşaq və təhlükəsizdir.

Miqren genetikdir, amma tətikləyici faktorlar var.

İstənilən stress, həyəcan, səyahət miqreni oyada bilər.

Hətta krem, ətir qoxusu da miqreni qıcıqlandırır. Qadınlarda menstrual tsikldən öncə hormonal dəyişiklikdən başlayır.

Dağlıq ərazidə, dənizdə, hündürlükdə artır.

Miqren zamanı bütün KT, MRT, dopler, analizlər yaxşı olur. Amma xəstənin ətraflı anamnezi lazımdır.

Ona görə başım ağrıyır, insult qorxusu ilə özbaşına müayinələrə getməyin.
Miqrenə səbəb olan 20 cür qida var. Siz hər ərzaq, yeməkdən sonra ağrının olub-olmamasını müşahidə etməlisiz”.


Aygün