“BioNTech” 300 milyon avrodan çox zərər etdi

  • 2024.05.07 15:26
  • 290 Baxış
“BioNTech” 300 milyon avrodan çox zərər etdi
Alman biotexnologiya şirkəti “BioNTech” cari ilin ilk rübündə 315,1 milyon avro itirib.

Medicina.az xəbər verir ki, şirkətin Covid-19 peyvəndinə tələbatın azalması səbəbindən zərər etdiyi bildirilir.

“BioNTech”in yanvar-mart dövrü üçün hesabatına görə, şirkət 2023-cü ilin birinci rübündə 502,2 milyon avro xalis mənfəət əldə edib. Şirkətin ötən ilin birinci rübündə 14,24 avro olan səhm üzrə xalis mənfəəti bu ilin eyni dövründə 2,05 avroya düşüb. Yenə ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəliri 85 faiz azalaraq 187,6 milyon avroya enib.

"BioNTech 2024-cü ilin son aylarında tam illik gəlirlərinin təxminən 90 faizini əldə etməyi gözləyir" – şirkətdən verilən açıqlamada deyilir.

Qeyd edilib ki, 2024/25 peyvənd mövsümü üçün başqa varianta uyğunlaşdırılmış Covid-19 peyvəndi üzərində iş gedir.

Açıqlamaya görə, şirkət Covid-19 epidemiyasından sonra diqqətini xərçəng dərmanlarının inkişafına yönəldib və 2026-cı ildə ilk xərçəng dərmanını buraxmağı planlaşdırır.

Yoluxucu xəstəliklər sahəsində isə “BioNTech”, həmçinin malyariya və vərəmə qarşı peyvənd nümunələri üçün klinik sınaqlara başlayıb.


Aysel