Bişirmə kağızlarından istifadə edənlərə xəbərdarlıq: hormonları pozur!

  • 2024.05.24 13:30
  • 853 Baxış
Bişirmə kağızlarından istifadə edənlərə xəbərdarlıq:  hormonları pozur!
Yağlı bişirmə kağızları mətbəxlərdə geniş şəkildə istifadə edilən vasitələrdən biridir. Son dərəcə gigiyenik və istiliyədavamlı olan bu kağızlar müxtəlif məqsədlər üçün istifadə olunur.

Əsasən çörək və ya digər un məmulatlarının yapışmaması və asan çıxarılmasını təmin edən bu kağızlar uzun illər sağlamlıq üçün faydalı hesab olunub. Çünki bu yağlı kağızlar əlavə yağ istifadəsinə mane olur. Həmçinin sobanın içindəki havanın təmiz qalmasına səbəb olur.

Lakin mütəxəssislər son illərdə bu kağızların zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bişirmə kağızlarının bəzi növləri insan sağlamlığını təhdid edir. Söhbət ağ rəngdə olan bişirmə kağızlarından gedir. Bu kağızlar xlorla ağardılır. Xlorun tərkibində dioksin var. Bu cür bişirmə kağızından istifadə uzun müddətdə hormon pozğunluğna səbəb ola bilər. Bu halda əsasən də tiroid hormonlarının və estrogen hormonunun balansı pozulur.

Bundan əlavə, bəzi insanlarda dəri problemlərinə və allergiyaya səbəb olması mümkündür.

Bildirilir ki, əsas tərkib hissəsi sellüloza olan və ağardılmayan bişirmə kağızları daha təhlükəsizdir. Selüloz liflərindən hazırlanan bu kağızlarda xlor yoxdur.

Buna görə də ağ deyil, bir qədər qəhvəyi rəngli və xammalı sellüloza olan kağızlardan istifadə etməyiniz tövsiyə olunur.


Aysel