Çinli alimlər saxta Ebola virusu hazırladı: 3 günə öldürür

  • 2024.05.29 12:12
  • 857 Baxış
Çinli alimlər saxta Ebola virusu hazırladı:  3 günə öldürür
Çin alimlərinin "saxta Ebola virusu" hazırladığı və bu virusun ona yoluxan insanları 3 gün ərzində öldürə biləcəyi məlum olub.

Medicina.az xəbər verir ki, Çində Hebei Tibb Fakültəsində çalışan alimlər çox ölümcül, “Ebola virusuna bənzər” virus hazırlayıblar.

2014-2016-cı illər arasında Qərbi Afrikada ölüm saçan virusun təsirlərini araşdırmaq üçün onun oxşarını hazırlayan alimlərin bu virusu hamsterlər üzərində sınaqdan keçirdikləri məlum olub.

Tədqiqatı aparan mütəxəssislər Ebola virusunun bəzi hissələrindən istifadə ediblər. Araşdırmanın nəticələri “Science Direct” jurnalında dərc olunub.

Məlumata görə, hamsterlərə alimlərin hazırladıqları virus vurulduqda, onlarda qısa müddətdə Ebola xəstələrinə bənzər ağır simptomlar üzə çıxıb, o cümlədən orqan çatışmazlığı yaranıb.

İnyeksiyadan sonra bəzi hamsterlərdə hətta göz bəbəklərinin səthində qabıqlar əmələ gəlib və bu da görmə qabiliyyətinə təsir edib.

Tədqiqatçılar ölü hamsterlərin orqanlarını toplayanda ölümcül virusun bütün bədənlərinə yayıldığını anlayıblar.


Xatırladaq ki, dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirusu da çinli alimlərin yaratdıqları ilə bağlı iddialar uzun müddət dünya gündəmini məşğul etmişdi.


Aysel