Diş ağrısını kəsən təbii üsul

  • 2024.07.10 12:58
  • 555 Baxış
Diş ağrısını kəsən  təbii üsul
Diş ağrısı bəzən gözlənilməz zamanlarda yarana və dözülməz həddə çata bilir.Odur ki, təcili hallarda diş ağrısını evdəki məhsullarla dayandırmağın yollarını bilmək böyük əhəmiyyət kəsb edir.

Demək olar ki, hər evdə olan məhsullarla bu ağrını saniyələr ərzində kəsmək mümkündür.

Medicina.az bunun üçün ən effektiv üsullardan birini təqdim edir:

Tərkibi:


• 1 çay qaşığı duz.

• 1 xörək qaşığı sirkə.

• 1 çay qaşığı bal.

• 3 diş sarımsaq.

Hazırlanması:

Sarımsağı rəndələyin və sirkəyə əlavə edin. Sonra bal və duzu da əlavə edib yaxşıca qarışdırın. Ən sonda bu qarışımdan az miqdarda götürüb ağrıyan dişinizə yerləşdirməlisiniz.

Qarışım bir neçə saniyədə təsirini göstərəcək.

Onu da qeyd edək ki, sarımsaqlı qarışım yalnız təcili hallarda, müvəqqəti həll yoludur. Diş ağrısının səbəblərini aradanq aldırmaq üçün vaxtında həkimə müraciət etmək lazımdır.


Aysel