Dönərdən kütləvi zəhərlənmənin səbəbi - RƏSMİ

  • 2024.05.08 17:11
  • 636 Baxış
Dönərdən kütləvi zəhərlənmənin səbəbi   - RƏSMİ


Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.



"Medicina" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib.


“Həmin ərazidə bakterial çirklənmə baş verib. Sanitar-gigiyenik tələblərin pozulması səbəbindən qida məhsulunda zəhərlənmə halının yaranması nəticəsinə gəlmişik. Bu gün artıq qanunvericiliyə uyğun olaraq həmin obyektdə plandankənar yoxlama həyata keçirilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb”, - Agentlik rəsmisi vurğulayıb.


Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumata görə, zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılanların sayı 34 nəfərdir. Onlardan 15-i uşaqdır.