Doşabla limon qarşımının möcüzəvi təsiri - Hər səhər bir qaşıq içildikdə...

  • 2024.06.28 10:32
  • 1095 Baxış
Doşabla limon qarşımının möcüzəvi təsiri -  Hər səhər bir qaşıq içildikdə...
Doşab və limon bir çox insanın sağlamlıq üçün istifadə etdiyi iki qidadır.

Medicina.az xəbər verir ki, ancaq bu iki qidanı birlikdə istifadə etmək müalicəvi təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, doşabla limon qarışdırılaraq 15 gün müalicə üçün istifadə edilə bilər. Hər səhər bu qarışımdan bir qaşıq içildikdə qan dövranı yaxşılaşır.

Doşab və limon qarışımı qrip və soyuqdəymə kimi xəstəliklərdən də qoruyur və ya xəstəlik zamanı müalicəvi təsir göstərir.

Bu qarışım, həmçinin aşağıdakı faydaları vəd edir:

- Boğaz qıcıqlanmasına qarşı faydalı ola bilər.

- Quru öskürək problemini aradan qaldırır.

- İmmunitet sistemini gücləndirir.

- Enerji verir.

Allergik reaksiyaları olan və ya fərqli sağlamlıq problemlərindən əziyyət çəkənlər bu qarışımdan istifadə etmədən öncə həkimlə məsləhətləşməlidirlər.


Aysel