Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxmaların sayı artır - Kişilər daha böyük risk altındadır

  • 2024.06.25 13:57
  • 1103 Baxış
Koronavirusa yoluxmaların sayı artır -  Kişilər daha böyük risk altındadır
2019-cu ildə ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən və milyonlarla insanın ölümünə səbəb olan koronavirus yenidən Avropada qorxu yaratmağa başlayıb.

Medicina.az xəbər verir ki, Dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası hazırda Böyük Britaniyada yenidən vüsət alıb.

Rəsmi məlumatlara görə, FLiRT olaraq da bilinən Covid-19-un yeni variantının alt variantı olan KP.3 aprel ayında ortaya çıxıb. Son vaxtlar bu virusa yoluxma hallarının sayı sürətlə artır.

2024-cü ilin aprel ayına olan məlumata görə, FLiRT variantı ölkədəki bütün Covid-19 variantlarının 40 faizini təşkil edib, xəstəxanaya yerləşdirilmə nisbətləri isə 22 faizdən 24 faizə yüksəlib.

Digər tərəfdən İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi kişilərin qadınlara nisbətən bu xəstəliyə daha çox yoluxduğunu açıqlayıb.
İyunun 1-dən iyunun 19-dək bu virusa yoluxan qadınların sayı hər 100 000 nəfərə 3,63, kişilər üçün isə 3,88 olaraq qeyd edilib. İyunun 17-dək bu rəqəm hər 100 min nəfərə 4,4-ə çatıb.

İngiltərə mətbuatına danışan Leeds Universitetinin professoru Stiven Qriffin “Yeni Covid-19 dalğasının yarandığını” bildirib.

“İndiki vaksinlərin yayılan viruslara təsiri qeyri-müəyyəndir”, - deyə o qeyd edib.

Səlahiyyətlilər yeni Covid-19-un simptomlarını aşağıdakı kimi sıralayırlar:

- Yüksək hərarət və titrəmə
- Uzun müddət davam edən öskürək
- Dad və qoxu itkisi
- Nəfəs darlığı
- Yorğunluq
- Bədən ağrısı
- Baş ağrısı
- Boğaz ağrısı
- Burun tutulması və ya burun axması
- İştahsızlıq
- İshal
- Ürəkbulanma



Aysel