Listerioz nədir? – Risk qrupunda olanlar

  • 2024.05.21 18:10
  • 583 Baxış
Listerioz nədir?  – Risk qrupunda olanlar

Moskvada 30 yaşlı kişi balıq ruleti yedikdən sonra ölüb.

“Medicina” xəbər verir ki, tibbi ekspertizanın rəyinə görə, ölüm səbəbi listerioz olub.


İnfeksionist Yelena Meskina bu infeksion xəstəliyin təhlükəsindən danışıb:


“Listerioz xəstəliyini yaradan bakteriya təbii mühitdə var: ot, kök, su, gölməçə.


Burdan belə nəticəyə gəlmək olar ki, xəstəliyə təbiətdə, piknikdə yoluxmaq olar. Listeriya yaxşı bişməmiş tərəvəzlərdən, balıqdan, süd məhsullarından keçə bilər.

Çox hallarda xəstəlik ağırlaşmadan keçir.
Əlamətləri: titrəmə, ishal, ürəkbulanma, qusma, qızdırma.
Hamilələrdə xüsusilə təhlükəlidir, düşüyə səbəb olur.

Müayinədə qaraciyər və dalaq böyümüş olur.

Müalicə üçün antibiotiklərdən istifadə olunur.

Bakteriya otda, torpaq səthində olduğu üçün onunla təmas edən yeməyi yeməyin, əllərinizi vurduqdan sonra sabunla yuyun.

Meyvə, tərəvəz, göyərti təmiz, diqqətlə yuyulmalıdır”.

Aygün Musayeva