Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moruğun inanılmaz faydaları – Gündə 200 qram yeyin!

  • 2024.07.24 16:54
  • 1695 Baxış
Moruğun inanılmaz faydaları –  Gündə 200 qram yeyin!
Yayın ən sevilən giləmeyvələrindən biri də moruqdur.

Medicina.az xəbər verir ki, endokrinoloq Yelena Kiseleva “İzvestiya”ya moruğun faydalarından bəhs edib.

O, moruğun tərkibinin təxminən 11%-nin müxtəlif şəkərlərdən, 1-2%-nin üzvi turşulardan və 0,3%-inin isə taninlərdən ibarət olduğunu bidlirib.

Həkimin sözlərinə görə, bu giləmeyvənin tərkibində, həmçinin efir yağları da var.

“Bundan əlavə, moruq bir çox - suda həll olunan (C, B1, B2, B3 (PP), B4, B5, B6 və B9), və yağda həll olunan, A, alfa-karoten, beta-karoten, E , K) vitaminlə zəngindir. Moruq kalsium, dəmir, maqnezium, fosfor, kalium, natrium, sink, mis, manqan, selenium da ehtiva edir”, - deyə həkim qeyd edib.

O, təzə moruğun dəri və saç üçün faydalı olduğunu deyib:

“Moruq yemək dərinin elastikliyini yaxşılaşdırır, piqmentasiyanı azaldır, qocalma prosesini ləngidir, saçları gücləndirir və bərpa edir”.

Həkim moruğun digər faydalarını isə belə sıralayıb:

* Moruq istehlakı zamanı menstruasiya öncəsi sindromlar yüngülləşir. Ağrıların şiddəti və qanaxmanın miqdarı azalır.

* Moruqdakı folik turşusu, dəmirlə birlikdə, hemoqlobin səviyyəsini qorumağa kömək edir, buna görə də hamiləlik dövründə istehlak etmək faydalıdır.

* Moruq çayı bağırsağın işinə müsbət təsir göstərir. Bu giləmeyvə qarın ağrılarını azaldır və bağırsaqların nizamlı hərəkətinə kömək edir.

* Tərkibindəki salisilik turşuya görə, moruq əla iltihabəleyhinə, qızdırmasalıcı və tromboz əleyhinə vasitədir. Bu məqsədlə moruq mürəbbəsi yeməkdənsə, bitkinin yarpaqlarından və gövdəsindən hazırlanan çay içmək daha yaxşıdır. Buna görə də həkimlər soyuqdəymə zamanı moruq çayı içməyi məsləhət görürlər.

* Moruq kişi orqanizmi üçün də faydalıdır, cinsi potensiala müsbət təsir göstərir. Həmçinin moruğun prostatın qarşısını almağa kömək etdiyinə inanılır.

* Moruq sidikqovucudur və şişkinliyi azaltmağa, həmçinin qan təzyiqini aşağı salmağa kömək edir.

* Uşaqlarda moruq immunitet sistemini gücləndirir, beyin fəaliyyətini stimullaşdırır, eyni zamanda uşağı sakitləşdirir.

Beləliklə, heç bir əks göstəriş və allergiya yoxdursa, moruq hər kəsə tövsiyə olunur. Moruq sağlamlıq üçün çox faydalıdır, lakin xəstəlikləri sağaltmır”, - deyə ekspert vurğulayıb.

Həkim moruğu gündə 200 qramdan çox yeməməyi məsləhət görüb.

“Anlamalısınız ki, moruğun tərkibindəki şəkərlər, həddindən artıq yedikdə diabetə qanda qlükoza səviyyəsinin artmasına səbəb olur. Moruğun glisemik indeksi aşağı olsa da, həddən artıq yeyildikdə zərərli ola bilər. Gündəlik normanın aşılması halında moruq çəki artımına səbəb olur. Moruqun tərkibində olan üzvi turşular qastrit və mədə xoralarının kəskinləşməsi zamanı zərər verə bilər”, - deyə həkim vurğulayıb.


Aysel