Pasterizə edilmiş süddə quş qripi virusu tapıldı

  • 2024.05.02 14:40
  • 387 Baxış
Pasterizə edilmiş süddə  quş qripi virusu tapıldı
ABŞ Qida və Dərman İdarəsinin (FDA) açıqlamasına görə, ölkədə bəzi pasterizə olunmuş süd nümunələrində quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri aşkar edilib.

Medicina.az xəbər verir ki, ilk dəfə bu yazın əvvəlində inək sürülərində quş qripinə rast gəlindikdən sonra qurumlar xam və ya pasterizə olunmuş süd nümunələrini analiz ediblər.

FDA marketlərdə satılan pasterizə edilmiş süd məhsullarının hələ də təhlükəsiz olaraq qaldığını vurğulayıb.

Bildirilib ki, pasterizasiya quş qripi virusunu təsirsiz hala gətirir və onun yoluxucu xüsusiyyətini məhv edir. Lakin proses virusun viral hissəciklərinin mövcudluğunu aradan qaldırmır.

Qeyd edək ki, ABŞ kənd təsərrüfatı nazirliyi quş qripinin yayılmasının qarşısını almaq üçün əyalət sərhədlərini keçən inəklərin sağlamlıq testindən keçirilməsini tələb edən federal sərəncam verib.

Xatırladaq ki, pasterizasiya 1860-cı illərdə fransız kimyaçısı Lui Pastör tərəfindən icad edilib. O vaxtdan bəri qidalarda ciddi xəstəliklərə səbəb ola biləcək zərərli bakteriya və patogenləri öldürmək üçün geniş şəkildə istifadə olunur. Bu proses E. coli, Listeria və Salmonella kimi xəstəlik törədən ən təhlükəli bakteriyaları və digər patogenləri yox edir.

Pasterizasiyanın, həmçinin quş qripinə səbəb olan virusu öldürməsi və ya təsirsiz hala gətirməsi gözlənilir. Buna görə də, səhiyyə işçiləri pasterizə edilmiş süd məhsullarının tədarükündə heç bir risk olmadığını söyləməyə davam edirlər.


Aysel