Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qara tutu bu qida ilə qarışdırıb yemək faydasını dəfələrlə artırır

  • 2024.05.29 14:41
  • 1059 Baxış
Qara tutu bu qida ilə qarışdırıb yemək  faydasını dəfələrlə artırır
Qara tutun mövsümü gəlir.

Medicina.az xəbər verir ki, bu faydalı meyvəni qatıqla qarışdırıb yemək tövsiyə edilir.

Ekspertlər bu zaman qara tutun faydalarının dəfələrlə artdığını iddia edirlər. Onların fikrincə, bu iki qida bir araya gəldikdə, sağlamlığa bir çox fayda verə bilər.

Qatıq və qara tut qarışımının faydalarını təqdim edirik:

-Yüksək lif tərkibi ilə həzm sistemini dəstəkləyir. Lif bağırsaq hərəkətlərini artıraraq qəbizliyin qarşısını alır.

- Tərkibindəki antioksidantlar sayəsində bədəndəki sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır. Bu xüsusiyyət xərçəng və xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

- Antioksidantlar həm də immunitet sistemini gücləndirir və infeksiyalara qarşı qoruyur.

- Ehtiva etdiyi yüksək kalsium sümük sağlamlığını dəstəkləyir.

- Qarışımın tərkibindəki probiotik bakteriyalar həzm sistemindəki faydalı bakteriyaların tarazlığını qoruyur və bağırsaq sağlamlığını yaxşılaşdırır. Probiotiklər ümumi sağlamlığa müsbət təsir göstərir.

- Antioksidantlar qaraciyəri toksinlərdən təmizləyir.

Alternativ təbabətin təklif etdiyi bu qarışımı gündəlik qidalanma rutininizə əlavə etməklə sağlamlığınızı qoruya bilərsiniz.


Aysel