Qaraciyər yağlanmasının bir neçə səbəbi var.
• ALKOQOLLU YAĞLI QARACİYƏR XƏSTƏLİYİ
• QEYRİ-ALKOQOL YAĞLI QARACİYƏR XƏSTƏLİYİ (QAYQX- NAFLD)
Ümumi əhalinin 25%-i, piylənməsi olanların 80 %-i, II tip şəkərli diabet xəstələrinin 65%-i QAYQX -nə görə risk altındadır
"Medicina" xəbər verir ki, qaraciyərin yağlanması, sadəcə qaraciyərdə yağ artımı deyil.
Bu zaman qaraciyərin funksiyaları pozulur.
Qan şəkəri-kontrolu , xolesterol mübadiləsi (ürək xəstəliklərinə səbəb olur), hormonların çevrilməsi və orqanizmdən atılması funksiyaları zəifləyir.
Dəri xəstəliklərinə şərait yaradır.
Yorğunluq- istirahətlə keçməyən, həyat keyfiyyətini pozan ciddi yorğunluq olur.
Pasiyentlər çətin kilo vermək problemi yaşayır və s.
Səbəblər
Yüksək qan şəkəri və insulin dirənci
Piylənmə
Toksiki yüklənmə (dərmanlar, tarla ilacları, mədə ilacları, kimyəvi dərman alan heyvanlarla qidalanma və s.). Bağırsaq: SİBO sindromu, qəbizliyi, dəlikli (keçirgən, aşsüzən) bağırsaq sindromu da toksiki yüklənməni artıran səbəbdir. Belə problemləri olan arıq insanlarda da qaraciyər yağlanması (QAYQX) çox rast gəlinir.
Fruktoza
Yuxu apnesi-yuxusuzluq- stressə, kortizolun artmasına və sonda qaraciyər yağlanmasına gətirir və s.
Nə etməli?
• Artıq çəkidən qurtulmaq
Tək pəhriz kalorisinin azaldılması və ya pəhriz və fiziki fəaliyyətin kombinasiyası ilə əldə edilən çəki itkisi qaraciyər yağlanmasının azalmasına səbəb olur:
• 3-5% çəki itkisi qaraciyər yağlanmasının şiddətini azaldır
• 7-10% çəki itkisi isə steatohepatitin yaxşılaşmasına kömək edir
• Aralıq dənizi pəhrizi
• Hərəkət: gündə 60 dəqiqə yürüş (əvvəl 30 dəqiqədən başlayıb,sonra 60 dəqiqəyə çatdırmaq), həftədə 4 dəfə idmanla məşğul olmaq. Oturaq işlə məşğul olanlar, hər saatda bir, 5 dəqiqə müddətində hərəkət etsələr, çox faydalı olar.
• Şəkər və sadə karbohidratlar (mürəbbə, konfet, şokolad, qənd və s.), süd və süd məhsulları, marqarin, qarğıdalı, günəbaxan yağlarından istifadə etməmək və ya ciddi məhdudlaşdırmaq
• Meyvə çox istifadə olunmamalı
• Tərəvəzlər geniş istifadə olunmalıdır
• Faydalı yağlar- kərə yağı və soyuq sıxım zeytun yağı işlənməli
• Sulfurlu qidalar:brokkoli, gül kələm, sarımsaq və s. effektivdir
• Xolinli qidalar: yumurta- həftədə 4-5 ədəd (allergiyası olmayanlar) istifadə oluna bilər
• Yağlı balıq, kənd toyuğu, təmizlənməmiş taxıllar, yağlı toxumlar, protein və s. effektivdir
• Alkoqol və siqaret, fast-food qidalar, stressdən uzaq olmaq, şirin və qazlı içkiləri su ilə əvəzləmək ,SİBO-nu, qəbizliyi, dəlikli bağırsaq sindromunu aradan qaldırmaq lazımdır və s.
Yuxarıda sadalananlarla yanaşı Biotənzimləyici preparatlar olan
• Hepar compositum- 1 amp həftədə 2 dəfə
• Hepeel 1tab –gündə 3 dəfə həkim tərəfindən təyin oluna bilər.
Hepeel
İltihabəleyhinə, hepatoprotektor, spazmolitik, ödqovucu,
köpəleyhinə, dezintoksikasion təsir göstərir. Qapı venası və
kiçik çanaq venalarında durğunluğu aradan qaldırır.
Hepar compositum
• Qaraciyərin kəskin və xroniki xəstəlikləri
• Xolangit və xolesistitlər
• Qaraciyərin toksiki zədələnmələri
• Qəbizlik, diareya
• Ürək və qan-damar sistemi xəstəlikləri
• Hiperxolesterinemiya
• Yağ və karbohidrat mübadiləsinin pozulması
• Kəskin və xroniki dəri xəstəlikləri (dermatit,
dermatoz, neyrodermit, ekzantema)
• Kiçik çanaq üzvlərində durğunluq
• Sonsuzluğun kompleks müalicəsi
MEDİCİNA.AZ