Azərbaycanda COVID-19-dan ölən şəxsin dişləri oğurlandı

  • 2021.10.02 10:01
  • 2154 Baxış
Azərbaycanda COVID-19-dan ölən şəxsin  dişləri oğurlandı
Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

Medicina.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.