Son illər bir çox insan eyni şikayətlə müraciət edir: səbəbsiz yorğunluq, səhər oyananda halsızlıq, daxili gərginlik və narahatlıq, yuxu pozuntuları, ani ürəkdöyünmə hissi...
Əksər hallarda analizlər “normal” çıxır. Amma insan özünü yaxşı hiss etmir.
Bu nöqtədə çox vacib bir sistem var ki, çox vaxt ya yoxlanılmır, ya da düzgün qiymətləndirilmir. Azərbaycanda çox həkimlərin yan keçdiyi Kortizol analizi.
Medicina.az xəbər verir ki, kortizol bədənin stressə reaksiyasını idarə edən əsas hormondur.
Kortizol enerji səviyyəsini tənzimləyir
yuxu-oyanıqlıq ritmini idarə edir
sinir sisteminə təsir edir
immun sistemlə əlaqəlidir.
Yəni kortizol balansı pozulanda insan sadəcə “yorğun” olmur — bütün sistem təsirlənir.
Problem haradadır?
Standart yanaşmada kortizol çox vaxt:
yalnız bir dəfə
səhər saatlarında
qan analizi ilə yoxlanılır.
Amma bu yanaşma həmişə real vəziyyəti göstərmir.
Çünki kortizol:
gün ərzində dəyişir
səhər yüksək, axşam aşağı olmalıdır
dalğavari işləyir.
Yəni tək bir nəticə ilə bütün sistemi anlamaq çətindir.
Daha dərin yanaşma nədir?
Daha dəqiq qiymətləndirmə üçün bəzi ölkələrdə istifadə olunur:
gün ərzində bir neçə dəfə ölçülən kortizol profili
tüpürcəkilə analiz
bəzi hallarda saçdan götürülən uzunmüddətli kortizol analizi
Bu üsullar:
bədənin stress yükünü
hormonun gün ərzində necə dəyişdiyini
daha real göstərir.
Niyə bu analiz bizdə geniş yayılmayıb?
Bir neçə səbəb var:
standart tibbi protokollarda geniş yer almır
texniki imkanlar hər yerdə yoxdur.
çox vaxt şikayətlər başqa səbəblərlə əlaqələndirilir.
sistemli yanaşma yerinə tək göstəriciyə baxılır.
Bu səbəbdən bir çox insan problemi hiss etsə də, səbəbi tapılmır.
Kimlər üçün vacibdir?
Bu analiz xüsusilə aşağıdakı hallarda faydalı ola bilər:
uzunmüddətli stress yaşayanlar
səhər çox çətin oyananlar
gün ərzində enerji düşməsi yaşayanlar
panikaya bənzər hallar keçirənlər
yuxu problemi olanlar...
Bu analiz mövcud olmasa belə, simptomları görməməzlikdən gəlmək düzgün deyil.
Kortizol balansı müasir insanın ən çox pozulan sistemlərindən biridir.
Amma çox vaxt:
ya düzgün yoxlanılmır
ya da ümumiyyətlə nəzərə alınmır.
Aygün Musayeva